Xəbərlər

Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Mədəniyyət naziri Adil Kərimlinin Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi müəyyənləşib.

“Füyuzat” ın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul iyulun 17-də, saat 08:30-da “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsinin Mənzil-kommunal və təmir xidmətində baş tutacaq.