ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstanın paytaxtında xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən etirazlara dəstək verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat verib.
“Biz gürcü xalqının səsini eşitmək hüququnu dəstəklədiyimiz üçün onun yanındayıq. Dinc nümayişçilərə, o cümlədən aksiyanı işıqlandıran jurnalistlərə qarşı zorakılığı pisləyirik. Dinc mitinqi dağıtmaq və söz azadlığını boğmaq üçün hər hansı gücdən istifadə yolverilməzdir”, – səfirliyin bəyanatında deyilib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası aprelin əvvəlində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentə yenidən təqdim etmək qərarına gəldiyini elan edib. Bu, analoji təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra baş verir. Əvvəlki layihə kütləvi etirazlar səbəbindən parlamentin müzakirələrindən çıxarılmışdı.