Rübailər
Ey gözüm, görmədinmi, cahan gedirdi?
Mənim ağlamağıma necə gülə-gülə gedirdi?
Ürək canın ətəyindən tutdu, can ürəyin ətəyindən,
O hamısına ətəyini silkərək gedirdi.
***
Bütün qələbələrin əsası ədalətdir,
Bütün zərərlərə bais olan zülmdür,
Bütün eyibləri örtən səxavətdir,
Bütün hünərlərin başını örtən paxıllıqdır.
***
Bir halda ki, axşamdan günortayacan ömrümə ümid yoxdur,
Barı büsbütün yaxşılıq toxumu əkmək lazımdır,
Bir halda ki, dünyanı heç kəsə qoymayacaqlar,
Heç olmasa, dostların könlünü qorumaq lazımdır.
***
O şəxsin ki qəmi var, deyə bilmir,
Deməklə qəm özü ürəkdən gedə bilməz.
Sənin bağında açılan bu qəribə bir güldür ki,
Nə rəngini göstərmək olar, nə ətrini gizlətmək.
***
Sünbüldə məgər dikbaşlıq gördülər ki,
Axırda ona görə başını kəsdilər!
Sonra ağaca döyüb qabıqdan çıxartdılar,
Həm də başında dəyirman dəyirman hərlətdilər…
Rübailərin filoloji tərcüməsi professor Mübariz Əlizadəyə məxsusdur.



