Kültür-sənət Xəbərlər

Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Flora Kərimovanı evində ziyarət edib

Mədəniyyət naziri Adil Kərimli görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı anadan olmasının 85-ci ildönümü münasibətilə evində ziyarət edib.

“Füyuzat” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir Xalq artistini təbrik edib, xoş arzularını çatdırıb. Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları sənətkarın ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır.

Prezident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini söyləyib.

Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.