Xəbərlər

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək

Türkiyə 2027-ci ildə UNESCO Dünya İrs Komitəsinin (DMK) 49-cu sessiyasına ev sahibliyi edəcək.

“Füyuzat” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO Dünya İrs Komitəsinin 48-ci sessiyasında Türkiyənin 2027-ci ildə keçiriləcək 49-cu sessiyaya ev sahibliyi etməsi yekdilliklə təsdiqlənib.

Sessiyanın 2027-ci il 27 iyun – 7 iyul tarixlərində İstanbul şəhərində keçirilməsi planlaşdırılır.