Xəbərlər

Məhəmməd İslami: İran nüvə texnologiyasını başqa ölkələrə ötürməyə hazırdır

“İran elmi nailiyyətlərin mübadiləsi üçün yeni sistem formalaşdırmaq məqsədilə dinc nüvə texnologiyasını digər ölkələrə ötürməyə hazırdır”.

“Füyuat”ın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami İsfahanda keçirilən beynəlxalq nüvə konfransında deyib.

“Bizim məqsədimiz İranın elmi və texnoloji nailiyyətlərini nümayiş etdirmək və hegemon dövlətlərin inhisarçılığı ilə mübarizə aparmaqdır, maneələri yıxmaq və fərqli elmi sistem yaratmaq üçün bu texnologiyaları başqa ölkələrə ötürməyə hazırıq”, – İslami qeyd edib.

O əlavə ki, İranın dinc nüvə proqramının inkişafına mane olmaq məqsədi daşıyan təzyiqlərə baxmayaraq, İranda beynəlxalq nüvə konfransının keçirilməsi dünya elmi ictimaiyyətinin razılığı ilə qarşılanıb.

Qeyd edək ki, İRNA-nın məlumatına görə, ilk beynəlxalq nüvə konfransı 30-cu milli nüvə konfransı ilə eyni vaxtda keçiriləcək. Mayın 6-da axşam baş tutacaq açılış mərasimində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin də iştirakı gözlənilir.