Ədəbiyyat Xəbərlər

Vaqif Səmədoğlu – Əlvida, qurtaran yay

Əlvida, qurtaran yay
Payız gəlir qabaqdan
Bu yay sonuncu kərə
Gürzə çıxır qabıqdan.
Olan qalan üzümlər,
Əncirlər də yığıldı.
Bu yayın sevincləri
Deyəsən, lap ağ oldu.
Narın qum daha qızmır
Yandırmır ayaqları
Biraz soyuq bərq vurur
Xəzərin mayakları.
Yosun yaman çoxalıb
Daha ləpədöyəndə.
Bədən dənizdən ürpür
Ayaq suya dəyəndə.
Gələn yayı oturub
Gözləyək düz doqquz ay.
O, doğulan günəcən
Əlvida, qurtaran yay.