Səyyar ASAN xidmət sentyabrın 1-25-də Qazaxda, Şirvanda, Xaçmazda, Biləsuvarda, Goranboyda, Göyçayda, Zaqatalada, Mərdəkanda və Xırdalanda baş tutacaq.
“Füyuzat” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.



