Xəbərlər

Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək.

“Füyuzat” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumata görə, sentyabrın 24-də keçiriləcək qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbul Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçiriləcək.