Ədəbiyyat Xəbərlər

Georqi Qospodinov – Anam şeir oxuyur

2 qutu nazik fillo xəmiri
2 fincan əridilmiş kərə yağı
1 kilo alma
1 fincan xırdalanmış peçenye
1 fincan xırda doğranmış qoz
2 fincan şəkər tozu
1 paket üyüdülmüş darçın

almaları yuyub qabığını soyun, özəyini
təmizləyin, sürtgəcin iri gözündən çəkib
şəkər tozu, qoz və darçınla qarışdırın.
Bir lay xəmiri götürüb yağlayın,
ikinci layı üstünə sərin,
alma içliyi qoyub yayın,
xəmiri rulet kimi bükün.
Qalan xəmirləri də eyni qaydada.
Yağlayıb yaxşıca qızdırılmış sobaya qoyun,

üstü qızılıqəhvəyi,
altı çəhrayı rəng alana qədər
bişirin.

Bişəndə ştrudel olacaq,
hələlik isə sadəcə şeirdir.

Tərcümə: Həmid Piriyev