Ruslan Bayramlı Xəbərlər

Bağça ödənişlərinə dövlət dəstəyi necə olacaq? – Ruslan Bayramlı şərh edir

Elm və Təhsil Nazirliyinin verdiyi məlumata əsasən məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan 124 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub. 

Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, müsabiqənin nəticələrinə əsasən seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla nazirliyin rəsmi internet resurslarından tanış olmaq olar.

Qeyd edim ki, nazirliyin verdiyi digər məlumata əsasən növbəti mərhələdə müsabiqənin nəticələrinə uyğun olaraq, dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi təmin edilməklə yanaşı, qəbul prosesinin də həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda maliyyələşmə müqavilələri çərçivəsində həmin müəssisələrin fəaliyyətinin monitorinqi də həyata keçiriləcək.

Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi hədəflənir.