Kültür-sənət Xəbərlər

İçərişəhərdə Yunus Əmrə İnstitutunun ev sahibliyi ilə “Şanlıurfa Mədəniyyət Günləri” keçiriləcək

Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, TÜİB-in dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə sentyabrın 5-6-da İçərişəhərdə “Şanlıurfa Mədəniyyət Günləri” keçiriləcək.

“Füyuzat” xəbər verir ki, tədbir çərçivəsində sentyabrın 5-də saat 11:00-da Bakı Fotoqrafiya Evində mətbuat konfransı, saat 18:00-da isə Qoşa Qala Qapısı meydanında rəsmi açılış mərasimi və konsert proqramı təşkil olunacaq.