Fransa hərbçiləri Ukraynada münaqişə zonasında peyda olarsa, Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcək.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Fikrimcə, Avropa İttifaqı və Fransa vətəndaşları Makronun strateji qeyri-müəyyənliyinin qurbanı olublar, onun nə dediyini başa düşə bilmirlər, lakin eyni zamanda, bütün bu ritorikanın çox təhlükəli və aqressiv olduğunu başa düşürlər”, – Zaxarova vurğulayıb.
“Rəsmi Parisin Fransa və bütün Avropa üçün Rusiya təhlükəsi barədə manipulyasiya etməsi, həmçinin Qərblə Rusiya arasında hibrid müharibəyə milyardlarla dollar xərcləməyə haqq qazandırmaq istəyi bizi heç də təəccübləndirmir”, – Zaxarova əlavə edib.
Bundan əvvəl Makron Britaniyanın “The Economist” jurnalına müsahibəsində demişdi ki, Kiyev tələb edərsə, Rusiya qüvvələri cəbhə xəttini yardığı anda Ukraynaya qoşun göndərmək məsələsinə baxıla bilər.