Xəbərlər

Azərbaycanda təcili yardım maşınlarına GPS izləməsi tətbiq edilə bilər

Gələcəkdə Azərbaycanda təcili tibbi yardım çağıran şəxslər briqadanın hərəkətini mobil telefon vasitəsilə izləyə bilərlər.

“Füyuzat” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, hazırda çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası, avtomobillərin GPS ilə izlənməsi və optimal marşrutların müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Bildirilib ki, ambulansın hərəkətini telefondan izləmək beynəlxalq təcrübədə tətbiq olunan həllərdən biridir. Texniki imkanlar və məlumat təhlükəsizliyi nəzərə alınmaqla bu funksiyanın Azərbaycanda tətbiqi gələcək mərhələlərdə qiymətləndirilə bilər.