Xəbərlər

Yeni tədris ilində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

“Füyuzat”ın AZƏRTAC-a istinadən əldə etdiyi məlumata əsasən, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.