Xəbərlər

Almaniya İsrailə silah ixracını dayandıra bilər

Almaniya hökuməti İsrailə silah göndərilməsinin dayandırılması ilə bağlı məsləhətləşmələr aparır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Səfər üçün ABŞ-da olan Pistorius Almaniyanın ictimai yayımı ZDF-də qatıldığı proqramda “ABŞ prezidenti Co Bayden Rəfahın işğalını yanlış hesab etdiyi üçün İsrailə sursat vermək istəmir. Bənzər addımlar Almaniyada olacaqmı?” – sualına Pistorius belə cavab verib: “Hazırda bununla bağlı məsləhətləşmələr gedir. Hələlik buna cavab verə bilmərəm”.

Pistorius bildirib ki, bu məsələdə məsuliyyət ilk növbədə Almaniya kansleri və Xarici İşlər Nazirliyinin üzərinə düşür.

“Əlbəttə, bağlı qapılar arxasında fikir mübadiləsi apardıq. Amma qərarları açıqlamaq mənim vəzifəm deyil”, – o qeyd edib.