Kültür-sənət Xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Səda” uşaq xoru geniş konsert proqramı ilə çıxış edib.

“Füyuzat” xəbər verir ki, bu barədə Filarmoniyadan məlumat verilib.

Bildirilib ki, xorun ifasında Azərbaycan bəstəkarlarının kinofilmlərə yazdığı musiqi nümunələri səslənib.

“Retro-dalğası” adlı xor konserti müxtəlif dövrləri əhatə edən rəngarəng və maraqlı musiqi nömrələri ilə yadda qalıb.