Azərbaycan möhkəm fundamental baza, ardıcıl islahatlar və səmərəli rəhbərlik sayəsində dayanıqlı inkişaf göstərməyə davam edəcək.
“Füyuzat” xəbər verir ki, bunu “Euronews”un İdarə Heyətinin sədri Pedro Varqas David II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
“Mən Bakıdayam və qlobal vəziyyətdən asılı olmayaraq, ayrı-ayrı dövlətlərin uğur qazanacağını müşahidə edirəm. Əminəm ki, bu, məhz ardıcıl inkişaf etməyə davam edəcək region və ölkədir, çünki burada fundamental zəminlər var, islahatlar aparılır və güclü rəhbərlik mövcuddur”, – o qeyd edib.
P.Varqas David Azərbaycanda keçmişi geridə qoymağa və səyləri dinc gələcəyə yönəltməyə imkan verən liderliyin nümayiş etdirildiyinə diqqət çəkib.
“Biz hazırda Bakıdayıq. Ortaq gələcək yoluna qədəm qoymağa, “Biz keçmişi arxada qoyur və dinc gələcəyə baxırıq” demək üçün tələb olunan liderliyə görə Azərbaycan və Ermənistan çox yüksək bədəl ödəyib”, – o vurğulayıb.
“Euronews”un İdarə Heyətinin rəhbəri belə bir qərarı cəmiyyətə çatdırmağın asan olmadığını etiraf edib, lakin onun qiymətləndirməsinə görə, Azərbaycanda lazımi siyasi iradə və liderlik tam şəkildə nümayiş etdirilib.
“Buna görə də, qlobal vəziyyətlə bağlı müəyyən skeptisizmə baxmayaraq, mən fikrimi nikbin notlarla tamamlamaq istəyirəm: mən Azərbaycanın perspektivləri ilə bağlı olduqca nikbinəm”, – Pedro Varqas David sonda bildirib.



