Xəbərlər

İrəvanda 38 müxalifət fəalı saxlanılıb

Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Yerevanın küçələrini bağlayan 38 müxalifət fəalını saxlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“38 fəalın hamısı polisin qanuni tələblərinə tabe olmadıqları üçün polis bölmələrinə aparılıb”, – deyə idarədən bildirilib.

“Vətən naminə Tavuş” müxalifət hərəkatının ruhani lideri arxiyepiskop Baqrat Qalstanyan bazar ertəsi axşam vətəndaş itaətsizliyi aktları ilə hakimiyyətə təzyiqləri gücləndirməyə çağırıb.