Xəbərlər

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub

Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanunun qəbulu təklif olunub.

“Füyuzat” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının bugünkü – ilk iclasında çıxış edib.

Onun sözlərinə görə, bu gün süni intellekt və sosial media sürətli formada insanların həyatına daxil olur:

“Biz getdikcə proseslərin idarə olunmasını nə qədər mürəkkəb olduğunu görürük. Bu mənada dövlətçilik baxımından bizi xeyli narahat edən məsələlər var. Xüsusilə də sosial mediada baş verənlər, müzakirələr və məqsədli şəkildə kənardan edilən müdaxilələr bizi ciddi formada düşündürür. Bu baxımdan süni intellektdən düzgün istifadə və xüsusi təhlükəsizliklə bağlı məqamlar nəzərə alınaraq həm süni intellekt, həm də sosial media ilə bağlı qanunun qəbuluna ehtiyac var”.