Kültür-sənət • Xəbərlər

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Azərbaycanlı rəssam Ayşə Nağıyeva Oksford Universitetinin Volfson Kollecinin 2026-cı il rəsm müsabiqəsinin qalibi olub.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, kollecin məlumatına istinadla xəbər verir ki, 250-dən çox əsərin təqdim olunduğu müsabiqədə münsiflər işlərin müxtəlifliyini və yaradıcılıq səviyyəsini yüksək qiymətləndiriblər.

Ayşə Nağıyeva “Ten of Cups II” adlı kətan üzərində yağlı boya ilə işlənmiş əsəri ilə birinci yerə layiq görülüb. Qalib rəsm bundan sonra Volfson Kollecinin daimi incəsənət kolleksiyasında sərgilənəcək.

Məlumat üçün bildiriək ki, A.Nağıyeva 2021-ci ildə “City & Guilds of London Art School”u təsviri incəsənət ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Qalib gələn “Ten of Cups II” əsəri ilk dəfə rəssamın 2023-cü ildə keçirilən “Major Arcana” adlı fərdi sərgisində nümayiş olunub.

Qeyd edək ki, 2024-cü ildə rəssam məşhur stilist Harri Lambertin “Zara” brendi üçün hazırladığı “Cutie Circus” beynəlxalq kapsul kolleksiyasına dəvət alıb. Məhz Ayşə Nağıyevanın hazırladığı unikal naxış və illüstrasiyalarla bəzədilən həmin geyimlər brendin bütün dünyadakı mağazalarında satışa çıxarılıb.