Xəbərlər

Fidan: Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır

Brüsselin dialoqa yanaşmamasına baxmayaraq, Avropa İttifaqına (Aİ) daxil olmaq Türkiyənin strateji hədəfi olaraq qalır.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberqlə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə ilə Aİ arasında münasibətlər bütün sahələrdə inkişaf etdirilməli və üzvlük danışıqları kontekstində daha möhkəm əsaslara qədəm qoyulmalıdır. İlk növbədə, gömrük ittifaqı, viza rejiminin liberallaşdırılması məsələləri ilə bağlı dialoq aparmaq lazımdır. Danışıqlar zaman mən avstriyalı nazirlə Aİ-nin bizimlə ədalətli nəticəyə yönəlmiş dialoq aparacağına dair gözləntilərimi bölüşdüm”, – Fidan bildirib.