Xəbərlər

Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib

Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib.

“Füyuzat” xəbər verir ki, bunu “Report” və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.

Nazir qeyd edib ki, bu, süni intellekt əsaslı həllərin istifadəyə verilməsi çərçivəsindədir və bu da, əsasən, notariat sahəsindədir:

“Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə vermişik ki, vətəndaşlar notariuslara alqı-satqı məqsədilə gedəndə öncədən əmlakın dəyərini müəyyən edə bilsinlər”.