Xəbərlər

Axar.az xəbər saytı 13 yaşını qeyd edir

Axar.az xəbər saytı 13 yaşını qeyd edir.

“Füyuzat”ın məlumatına görə, 2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.

Axar.az Azərbaycan, ingilis, rus, və fars dillərində dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.

Qeyd edək ki, Axar.az saytı “Teleqraf” Media Qrupun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.

“Fuyuzat.az” kollektivi olaraq, həmkarlarımızı ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları və hər zaman geniş oxucu auditoriyası arzulayırıq.