Xəbərlər

Sabir Rüstəmxanlı: Azərbaycanın öz nəşriyyatlarının sayı ildən-ilə artır, uşaq və tərcümə ədəbiyyatının meydanı genişlənir

Azərbaycanın öz nəşriyyatlarının sayı ildən-ilə artır. Xüsusilə uşaq ədəbiyyatının, tədris ədəbiyyatının və dünya xalqlarından tərcümə ədəbiyyatının meydanı genişlənir. Bu, Azərbaycanın dünyaya qol-qanad açması, ümumi mədəni səviyyəsinin yüksəlməsidir və hamımızı sevindirir.

“Füyuzat” xəbər verir ki, bunu “FÜYUZAT tv”yə açıqlamasında XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı, şair və ictimai-siyasi xadim Sabir Rüstəmxanlı söyləyib.

Sərgidə fəxri yazar olmaqdan məmnunluğunu dilə gətirən xalq yazıçısı, oktyabrın 24-də “Azərbaycan adından” adlı kitabının təqdimat mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.