Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Məhkəməyə qədər Palatadan İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini xahiş edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kərim Xan açıqlamasında bildirib.
Açıqlamada qeyd edilib ki, toplanmış sübutlara əsaslanaraq, prokurorların hər ikisinin ən azı 8 oktyabr 2023-cü ildən bəri Fələstin ərazisində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığına inanmaq üçün əsasları var.
Beynəlxalq Cinayət Məhkəməsi həmçinin HƏMAS-ın üç liderinin həbsinə də order verilməsini də tələb edib.
Qeyd edək ki, son zamanlarda Qəzzada əməliyyatların dayandırılması üçün İsrailin hərbi-siyasi rəhbərliyi üzərində təzyiqlər var.