Milli İrsi Mədəni-Tarixi Araşdırmalar Fondunun (MİMTA) təsisçiliyi ilə 2012-ci ildən yenidən nəşr olunan “İşıq”– qadın jurnalı beynəlxalq standart seriya qeydiyyatından keçib.
“Füyuzat” xəbər verir ki, ISSN Beynəlxalq Mərkəzinin Baş ofisi (CIEPS) tərəfindən nəşrə ISSN 3137-0950 nömrəsi təyin olunub. Sənədə əsasən, jurnal rəsmi olaraq beynəlxalq seriyalı nəşrlər reyestrinə daxil edilib.
Qeyd edək ki, beynəlxalq ISSN kodunun alınması jurnalın qlobal kitabxana və informasiya sistemlərinə inteqrasiyasını, eləcə də xarici rəqəmsal bazalarda daha rahat identifikasiya olunmasını təmin edəcək.
“Füyuzat.az” və “İşıq”– qadın jurnalı kollektivi olaraq Azərbaycan ISSN Milli Mərkəzinin əlaqələndiricisi Xəyalə Məmmədovaya bu işdə göstərdiyi təşkilati dəstəyə görə təşəkkür edirik.



