Xəbərlər

Qeyri-iş günlərində avtovağzallar 93 minə yaxın sərnişinə xidmət göstərib

6-10 noyabr tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1280 reys həyata keçirilib, 37707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

“Füyuzat”ın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 220-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 4535 reyslə 55197 sərnişin daşınıb.

Biletlər avtovağzalların kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 50 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.