Xəbərlər

Teatr Muzeyində tədbir – “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar! ”

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar!” adlı tədbir keçirilib.

“Füyuzat” xəbər verir ki, bu barədə muzeydən bildirilib ki, tədbir Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən ölkəmizdə elan olunan “Uşaq Hüquqları Aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində təşkil edilib. Əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən muzeyin əməkdaşı Türkan Əliyeva “Uşaq Hüquqları Aylığı” nın əhəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyası və ölkəmizdə uşaq hüquqlarının qanunvericiliklə qorunması haqqında ətraflı məlumat verib. O bildirib ki, tədbirin məqsədi uşaqların öz hüquqları barədə məlumatlılığını artırmaq, onları Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş uşaq hüququları ilə tanış etmək, həmçinin yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməklərinə şərait yaratmaqdır.

Bədii hissədə Xırdalan şəhəri Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub.