Xəbərlər

Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb

Uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb.

“Füyuzat” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Peşə Təhsili Forumu” çərçivəsində “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda keçirilən panel sessiyada çıxışında deyib.

O bildirib ki, nazirliyin son illərdə əsas prioritetlərindən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir: “İbtidai təhsilin, daha dəqiq desək, baza təhsilinin keyfiyyətini yüksəltmək vacibdir. Çünki ‘ibtidai təhsil” ifadəsi bəzən başlanğıc təhsili kimi başa düşülür. Halbuki söhbət hər bir vətəndaşın malik olmalı olduğu minimal bilik və bacarıqların formalaşdırıldığı mərhələdən gedir. Hazırda bu mərhələ bizdə dörd ili əhatə edir. Lakin şərti olaraq bu müddətə doqquz il kimi də yanaşa bilərik”.

Nazir qeyd edib ki, uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb: “Amma biz ibtidai təhsilin keyfiyyətinin tədricən yaxşılaşdığını görürük və bu istiqamətdə bir sıra işlər həyata keçiririk”.