Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 29,7 milyon ABŞ dolları dəyərində 77 min 483 ton kartof ixrac edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,5 milyon ABŞ dolları (5,3 %), həcm baxımından 6 min 522 ton (9,1 %) çoxdur.
Hesabat dövründə kartof ixracından əldə edilmiş gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
10 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.



