Xəbərlər

Borrell: Avropa Fondu vasitəsilə 20 ölkəyə silah tədarük edilib

“Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu vasitəsilə 20 ölkəyə silah tədarük edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin diplomatik rəhbəri Cozep Borrell bildirib.

“Aİ-nin 40 tərəfdaş ölkə ilə sülh və təhlükəsizlik üzrə 80 strukturlaşdırılmış dialoqu var. Biz Avropa Sülh Fondu vasitəsilə Afrikadan Qafqaza qədər 20 ölkəyə silah tədarük edirik”, – Borrell qeyd edib.

Avropa Sülh Fondu qismən (orta hesabla 40%) Aİ büdcəsindən maliyyələşdirilən güzəştli qeyri-kommersiya silah təchizatını təmin edir. Hazırda bu strukturun vəsaitlərinin 95%-dən çoxu Ukrayna üçün silah alınmasına sərf olunur.