Qəzza Səhiyyə Nazirliyi, 2023-cü ilin oktyabrından bəri anklavda təxminən 36,2 min fələstinlinin öldüyünü bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, ötən ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 36,2 minə yaxınlaşır.
“Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 36 171 nəfərə yüksəlib, daha 81 420 nəfər yaralanıb”, – deyə məlumatda qeyd olunub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin anklavın müxtəlif ərazilərinə hücumları nəticəsində 75 fələstinli həlak olub, daha 284 nəfər yaralanıb.