Xəbərlər

Fidan: Türkiyə və Çinin Ukraynada nizamlanma ilə bağlı mövqeləri eynidir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynadakı münaqişənin həlli ilə bağlı Ankara və Pekinin ortaq mövqedə olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hakan Fidan həmkarı Vanq Yi ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya və Ukrayna arasındakı müharibə beynəlxalq təhlükəsizlik və sabitliyi sınaqdan keçirməkdə davam edir. Biz əminik ki, münaqişənin həlli, ədalətli və daimi sülhə nail olmaq yalnız tərəflər arasında dialoq yolu ilə əldə edilə bilər. Ukraynada sülhün əldə edilməsi məsələsində mövqelərimiz ondan ibarətdir ki, bu mövzuda dialoq və məsləhətləşmələri davam etdirmək lazımdır”.

Fidan həmçinin qeyd edib ki, Ankara Çin və Braziliyanın sülhün əldə edilməsi istiqamətindəki son birgə bəyanatını alqışlayır.