Xəbərlər

Tramp Baydenə görə ABŞ-ın III Dünya Müharibəsinə qatılmasını real hesab edir

“ABŞ prezidenti Co Baydenin hərəkətləri nüvə müharibəsi riskini artırır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp bildirib.

“İndi nüvə silahlarının gücünə görə ölkəmizin tarixində ən təhlükəli məqamdır. Bizim liderimiz sayəsində Üçüncü Dünya Müharibəsinə girmək şansımız var”, – o qeyd edib.

“Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Şimali Koreya lideri Kim Çen İn zöz maraqları üçün iş başındadır, onlar öz maraqlarını qoruya bilməyən biri ilə qarşılaşıblar və düzünü desəm, Bayden heç vaxt uğurlu olmayıb. Siz onun illər boyunca yürütdüyü xarici siyasətinə baxsanız, həmişə səhv etdiyini görərsiniz”, – Tramp əlavə edib.

ABŞ-ın keçmiş lideri ölkəsinin nüvə müharibəsinə girməsini istəmədiyini vurğulayıb.

Həmçinin Tramp iqlim dəyişikliyinin ABŞ üçün ekzistensial təhlükə yarada biləcəyi ilə bağlı Baydenlə razılaşmadığını söyləyib: “Mənim üçün vacib olan yeganə qlobal istiləşmə nüvə məsələsidir”.