Xəbərlər

Avropa İttifaqı məhkəməsi Macarıstanı 200 milyon avro cərimələyib

Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi Macarıstanın Aİ qanunlarını pozan sığınacaq sistemini tətbiq etməyə davam etdiyinə görə 200 milyon avro cərimə ödəməsinə qərar verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Avropa Ədalət Məhkəməsinin dərc etdiyi qərar mətnində bildirilib ki, ölkə qanuni öhdəliklərini yerinə yetirmədiyi hər günə görə 1 milyon avro cərimə ödəməlidir.