İsrail qırıcıları Livanda yerləşən Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“Son bir neçə saat ərzində qırıcı təyyarələr Livanın Balbek bölgəsində Hizbullahın hava hücumundan müdafiə sistemi tərəfindən istifadə edilən terrorçu hədəflərə hücum edib. Bundan əlavə, bu gün səhər saatlarında qırıcılar Aitarun, Blida və Marun əl-Hizbullah bölgələrindəki Hizbullah terror təşkilatının hədəflərinə hücum edib” , – məlumatda bildirilib.