Xəbərlər

Aİ: Gürcüstan Avropaya inteqrasiya üçün kursunu dəyişməlidir

“İndiki hökumət öz kursunu dəyişməsə, Tbilisi Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda irəliləməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tbilisidəki Avropa ittifaqı nümayəndəliyi bildirib.

Qeyd edilib ki, yaşananlar respublika ilə Assosiasiya Sazişinin imzalanmasının onuncu ildönümü ilə üst-üstə düşür.

“Biz Gürcüstan əhalisinin Avropa İttifaqına gedən yolda arzularını qətiyyətlə dəstəkləyirik. Gürcüstan hökuməti Avropa yoluna qayıtmalıdır. Lakin hazırkı kurs dəyişməsə, Gürcüstan Aİ-yə gedən yolda irəliləyə bilməyəcək”, – nümayəndəlik əlavə edib.