Xəbərlər

Çin: ABŞ Ukrayna böhranında öz rolu barədə düşünmür

“ABŞ və digər Qərb ölkələri Ukrayna böhranındakı rolu barədə düşünmür və eyni zamanda münaqişənin uzanmasında Çini günahlandırmağa çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian deyib.

“ABŞ və digər Qərb ölkələri Ukrayna böhranındakı rolu üzərində düşünmək əvəzinə, buna qəti şəkildə qarşı olublar”, – Qian bildirib.

O vurğulayıb ki, Çin münaqişə tərəflərindən heç birinə öldürücü silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.

Qian əlavə edib ki, Çin həmişə sülhü dəstəkləyib: “Çin Xalq Respublikası faktlara məhəl qoymayan əsassız ittihamlara qətiyyətlə qarşı çıxır”.