Xəbərlər

WSJ: ABŞ İsrail-Livan sərhədində gərginliyi azalda bilməyib

ABŞ prezidenti Co Baydenin administrasiyası İsraillə Hizbullah arasında gərginliyi azalda bilmir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” administrasiya rəsmilərinə istinadən məlumat verib.

Qeyd edilib ki, son bir neçə həftə ərzində Vaşinqton İsrail və Livan sərhədində eskalasiyanın qarşısını almaq üçün diplomatik səylər edir, ancaq ciddi çətinliklərlə üzləşir.

Əlavə edilib ki, ABŞ-ın İsrail üzrə xüsusi elçisi Amos Hoxşteyn Hizbullah qüvvələrinin İsrail ilə sərhəddən çıxarılması ilə bağlı razılığa gəlməyə çalışır. Lakin indiyədək buna nail ola bilməyib.