Xəbərlər

İsrail ordusu Qəzza zolağının şimalında əməliyyata başlayıb

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Əl-Şücaiyyə ərazisində HƏMAS hərəkatının “terror obyektləri”nə qarşı əməliyyat başladıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.

“Kəşfiyyat məlumatları Qəzza zolağının şimalında yerləşən əl-Şücaiyyə ərazisində “terrorçuların və terror obyektləri”nin yerləşdiyi barədə məlumat verdikdən sonra İDF qoşunları bu ərazidə həm yerin üstündə, həm də yerin altında əməliyyata başladı. Gecə saatlarında qoşunlar ərazidə basqınlar etməyə başladılar. Qoşunların iştirakı ilə eyni vaxtda aviasiya HƏMAS-ın çoxlu sayda terrorçu hədəfini vurdu”, – deyə o bildirib.

“Əməliyyat öncəsi İDF Qəzza zolağının şimalında hədəflərə bir neçə böyük hücum həyata keçirib. Bu hücumlar zamanı çoxlu sayda terrorçu UNRWA-nın (BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi) yaxın Şərqdəki məktəb və müəssisələrində gizlənmişdi”, – deyə məlumatda bildirilib.