“Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsi yersizdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm də bəyan etmişəm ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır. Əgər mən düşünsəm ki, Ermənistan xalqı bu fikri bölüşmür, mən belə bir bəyanatla çıxış etməzdim. Biz referendum keçirsək, bu halda, insanlar bizə sual verəcəklər: “Aİ bizi qəbul etməyə hazırdırmı?” – Paşinyan qeyd edib.