Xəbərlər

Tokayev: Çin və Qazaxıstan əməkdaşlıq üçün güclü zəmin yaradıb

Çin-Qazaxıstan əməkdaşlığı ikitərəfli münasibətlərin möhkəm təməlinə söykənir və bu əlaqələrin gücləndirilməsi üçün hər cür səy göstərməyə hazırıq.

“Füyuzat”ın məlumatına əsasən, bunu Qazaxıstanın Prezidenti Kasım- Jomart Tokayev deyib.

“Çin və Qazaxıstan əməkdaşlıq üçün güclü zəmin yaradıb. Kənd təsərrüfatı, yeni enerji, avtomobil sənayesi kimi sahələrə xüsusi diqqət yetirilməlidir”, – Tokayev qeyd edib.

“32 illik uğurlu ikitərəfli əməkdaşlığımızın əsasını qoyduğumuz güclü təməli nəzərə alaraq, Qazaxıstan mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, mübadilələrin intensivləşdirilməsi və praktiki qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün hər cür səy göstərməyə hazırdır”, – Qazaxıstan lideri əlavə edib.

Tokayev aydınlaşdırıb ki, hazırkı mərhələdə Qazaxıstan hakimiyyəti çinli həmkarları ilə birlikdə bir neçə sahədə, o cümlədən ticarət və investisiya, mədəni, humanitar və nəqliyyat sahələrində, həmçinin “Bir kəmər, bir yol” layihələri üzərində işləmək niyyətindədir.