Xəbərlər

Qəzzada ölənlərin sayı 37,9 min nəfərə yüksəlib

2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada baş verən döyüşlər nəticəsində ölənlərin sayı 37,9 min nəfərə yüksəlib, yaralananların sayı 87 060 min nəfərdir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Departament qeyd edib ki, təkcə son 24 saat ərzində 90-dan çox insan hərbi əməliyyatların qurbanı olub, o cümlədən ən azı 23 nəfərin cəsədi anklavdakı tibb müəssisələrinə çatdırılıb.