Xəbərlər

İran Rusiya ilə hərbi-texniki əməkdaşlığa heç bir maneə görmür

İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi Rusiya Federasiyasına pilotsuz təyyarələrin satışı ilə bağlı respublikaya qarşı qaldırılan daha bir ittihamı rədd edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS yazır.

“İran və Rusiya arasında silah alış-verişi ilə bağlı müqavilələri bağlamaq üçün heç bir maneə yoxdur”, – Xarazi deyib.

Onun sözlərinə görə, Tehran artıq Rusiyadan qırıcıların alınması ilə bağlı danışıqlar aparır. Müşavir həmçinin əlavə edib ki, İran tərəfi Rusiya ilə yaxın gələcəkdə hərtərəfli stratej saziş imzalamalıdır.

Xarazi dronların Rusiyaya satışı ilə bağlı növbəti ittihamları rədd edərək, yayılan məlumatların yalan olduğunu vurğulayıb.

İyunun 27-də isə Rusiyanın İran İslam Respublikasındakı səfiri Aleksey Dedov bəyan edib ki, Rusiya ilə İran arasında hərtərəfli əməkdaşlıq sazişi üzərində iş tamamlanmaq üzrədir və onun imzalanması prezident seçkilərindən sonra İranın yeni hökuməti dövründə baş tutacaq.