Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 48-ə yüksəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini hələ də davam etdirir.
Səlahiyyətlilər Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını və bölgədəki yaşayış evlərinin daşqınlardan təsirləndiyini və minlərlə insanın bölgədən təxliyə edildiyini bildirib.
“Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib”, – məlumatda bildirilib.