Xəbərlər

Fransada parlament seçkilərindən sonra iğtişaşlardan qorxur

Fransa Daxili İşlər Nazirliyi bir neçə gün davam edə biləcək erkən parlament seçkilərinin ikinci turu başa çatdıqdan sonra kütləvi iğtişaşlardan qorxur.

“Füyuzat”ın məlumatına görə, bunu “BFMTV” televiziya kanalının efirində Respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Gerald Darmanin bildirib.

“Bazar günü vəziyyətin nəzarətdən çıxa biləcəyini görmək üçün hər bir əsas var. İlk növbədə, biz Milli Məclisin qarşısında aksiya gözləyirik. Mən bu aksiyanın qadağan olunmasını tələb etdim. Ehtimal var ki, ultra-sol fəallar iğtişaşlar təşkil edəcəklər. Bundan başqa, digər şəhərlərdə, xüsusilə də Lyon, Rennes və Nantes şəhərlərində zorakılıqların yayılması mümkündür”, – Darmanin qeyd edib.

Nazir Fransa şəhərlərinin küçələrində nizam-intizamın qorunması üçün 30 min polis və jandarmdan istifadə etməyi əmr edib. Onlardan 5 min nəfər Parisdə və onun qəsəbələrində xidmətdə olacaq.

İyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə tərəfdarlarının məğlub olması səbəbindən Milli Məclisin erkən seçkiyə getməsinə qərar verib.