“İranın Ermənistana qarşı siyasəti prinsipial siyasətdir. Bizim siyasətimiz qonşularımızla, o cümlədən Ermənistanla əməkdaşlığımızı, qarşılıqlı əlaqəmizi inkişaf etdirmək və genişləndirməkdir”.
“Füyuzat”ın məlumatına görə, bunu cümə günü Səfirlik binasında jurnalistlərə açıqlamasında İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.
İranda prezidentliyə iki namizəddən birinin – Məsud Pezeşkianın milliyyətcə azərbaycanlı olması barədə deyilənlərə toxunan Sobhani deyib: “Bizim fundamental siyasətimiz hökumətlərin dəyişməsi ilə dəyişmir. Prezidentliyə namizədlərin hamısı öz çıxışlarında qonşu ölkələrlə, o cümlədən Ermənistanla münasibətlərin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş siyasətlərini xüsusi vurğulayıblar. Qeyd etməliyəm ki, İranda çox sayda yaşayır və burada müxtəlif millətlərin nümayəndələri var. Lakin bu, ölkənin qəbul etdiyi prinsipial və milli siyasətə təsir edə bilməz. Onların hamısı belə düşünür və belə hərəkət edirlər”.
Səfir əmin edib ki, İrəvan Ermənistanın dostudur və elə qalacaq.
“Ermənistanla münasibətlər Tehranda formalaşan yeni hökumət çərçivəsində daha da inkişaf edəcək. Hər bir ölkənin fundamental siyasəti milli və qarşılıqlı maraqlara əsaslanır; prinsip dəyişmir. Bir çox kütləvi informasiya vasitələri tərəfindən ictimailəşdirilən qeyri-dəqiq məlumatlar sizə təsir etməməlidir”, – Mehdi Sobhani deyib.