Xəbərlər

KİV: Qəzzada ölənlərin real sayı 186 mindən çox ola bilər

Dünyanın ən qədim tibb jurnallarından biri olan “The Lancet”də dərc olunan məqaləyə görə, İsrailin Qəzzaya hücumlarında birbaşa və dolayı yollarla ölənlərin ümumi sayı 186 mindən çox ola bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Məqalədə 19 iyun tarixinə Qəzzada ölənlərin sayının 37 min 396 olduğu bildirilərək, dağıntılara görə Fələstin Səhiyyə Nazirliyinin bölgədə məlumat toplamasının çətin olduğu vurğulanıb.

Nazirliyin ölənlərin sayını və müəyyən edilmiş ölüm sayını ayrı-ayrılıqda açıqladığına diqqət çəkən məqalədə Qəzzada həyatını itirənlərin təxminən yüzdə 30-unun şəxsiyyətinin müəyyən edilə bilmədiyi vurğulanıb.

Qəzzadakı binaların yüzdə 35-nin dağıldığını göstərən məlumatların da yer aldığı xəbərdə dağıntılar altında qalan cəsədlərin sayının 10 mini keçdiyi vurğulanıb.