Xəbərlər

Almaniya Gürcüstanla münasibətlərə yenidən baxacaq

ABŞ və Avropa İttifaqı (Aİ) kimi Almaniya hakimiyyəti də Gürcüstanla münasibətlərə yenidən baxmağa başlayıb.

“Füyuzat”ın məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Tbilisidəki səfiri Peter Fişer deyib.

“Almaniya adından deyirəm ki, Gürcüstanla əlaqələrimizi də nəzərdən keçiririk. Bizim Gürcüstanla çoxəsrlik və sıx əlaqələrimiz var. Gürcüstan qarşısında heç bir öhdəlik götürməmək qərarına gəldik. Buna görə də bu vaxtdan sonra Almaniya Gürcüstan qarşısında yeni maliyyə öhdəliklərini üzərinə götürməyəcək”, – Fişer bildirib.

Səfir həmçinin əlavə edib ki, alman hərbçiləri “Layiqli tərəfdaş 2024” çoxmillətli hərbi təlimlərində iştirakdan imtina ediblər.